Ançelotti: "Finala çıxmaq İtaliya millisinə çətin olacaq"
9 İyun 2014 19:30 İdman"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti gələcək karyerası haqda danışıb və İtaliya millisinin dünya çempionatındakı şanslarını dəyərləndirib. İtaliyalı mütəxəssis "AS" qəzetinə açıqlamasında ölkəsinin yığması üçün mundialın finalına yüksəlməyin çətin olacağını bildirib: "Hazırda "Real"ın baş məşqçisiyəm və burada uzun müddət işləmək istəyirəm. Təbii ki, bir italiyalı kimi yığma komandanı da çalışdırmağı arzulayıram. Finalda İtaliya - İspaniya dueli? Məncə, bu, İtaliya millisi üçün çox çətin olacaq". Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31