"Neymar mundialın ən dəyərli futbolçusu seçilə bilər"

Braziliya millisinin sabiq hücumçusu Ronaldo komandanın aparıcı futbolçusu Neymar haqda danışıb. Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Ronaldo Neymardan böyük gözləntiləri olduğunu bildirib: "Neymar əla oyunçu, həmçinin yaxşı insandır. Onu "DÇ-1998"dəki Ronaldoya bənzədirəm. "DÇ-1994"də çox gənc idim və dünya çempionatında heç oynamadım. Neymara güvənirəm. Çox sakit olduğundan onun bu təzyiqi üzərindən atacağına inanıram. Neymardan gözləntilərimiz böyükdür. O, mundialın ən dəyərli futbolçusu seçilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31