AZAL klubu yay transfer pəncərəsi çərçivəsində ilk transferini gerçəkləşdirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda son mövsümü "İnter"də keçirmiş Asif Mirili ilə müqavilə imzalayıb. 22 yaşlı futbolçu 2 illik müqaviləyə qol çəkib. Hazırda transfer çalışmalarını davam etdirən komandada əcnəbi futbolçuların da heyətə qatılması üzərində işlər aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31