Fransa millisində daha bir itki
9 İyun 2014 19:27 İdman"DÇ-2014"ün iştirakçısı olan Fransa millisi daha bir itki ilə üzləşə bilər. Komandanın müdafiəçisi Matye Debuşi Yamayka ilə yoxlama matçında (8:0) zədələnərək sıradan çıxıb.Fransa yığmasının çalışdırıcısı Didye Deşam futbolçunun zədəsinin ciddi olmadığını bildirmişdi. Lakin "Sky Sports"un yaydığı məlumata görə. Debuşinin zədəsinin ciddidir və təcrübəli futbolçu dünya çempionatını buraxa bilər. Buna yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Fransa millisində daha öncə Frank Riberi, Stiv Mandanda və Klemen Qrenier zədə səbəbindən mundialdan kənarda qalıb. Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31