Bekhem: "Runi İngiltərə üçün önəmli oyunçudur"
9 İyun 2014 19:21 İdmanİngiltərə millisinin sabiq kapitanı Devid Bekhem komandanın hücumçusu Ueyn Runi haqda xoş sözlər deyib. "Sky Sports"a danışan Bekhem Runinin İngiltərə millisi üçün önəmli futbolçu olduğunu bildirib: "Runi böyük istedaddır və mən hər zaman onu dəstəkləmişəm. O, İngiltərə yığması üçün çox önəmli futbolçudur. Runi meydanda canını qoyur və azarkeşlər də bunu gözəl bilirlər. O qol vurmasa belə, rəqib qapısında təhlükə yaradan ötürmələr verir. Düşünürəm ki, rəqiblər də Runinin əsas heyətdə meydana çıxmasından çəkinirlər". Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31