Visente del Boske: "Favorit deyilik"
9 İyun 2014 11:57 İdmanİspaniya millisinin baş məşqçisi Visente del Boske iyunun 12-i başlanacaq dünya çempionatı öncəsi gözlənilməz açıqlama verib. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis deyib ki, komandası bu turnirdə favorit deyil: "Avropada iki və ya üç çox güclü yığma var. Amma dünya çempionatında daha çox ölkə mübarizə apardığı üçün hər şey fərqli ola bilər. Biz bu turnirin favoriti deyilik. Ancaq son dünya çempionatında qazandığımız ünvanı qorumalıyıq". Final qarşılaşması haqda da danışan del Boske finalda ən azı bir Afrika təmsilçisinin oynamasını mümkün hesab edib.
Qeyd edək ki, İspaniya millisi "DÇ-2010"ün qalibi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31