Millimiz Bosniya və Hersoqovinaya gedir

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması iyunun 17-dən etibarən Bosniya və Herseqovinanın Sarayevo şəhərində təşkil olunacaq UEFA-nın inkişaf mini-turnirində iştirak edəcək. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın Sarayevoda toplanışı iyunun 10-da başlayacaq. Turnirin təqvimini diqqətinizə çatdırırıq:

17 iyun

Saat11:00. Bosniya və Herseqovina - Azərbaycan
Saat 11:00. Makedoniya - Monteneqro

18 iyun

Saat 16:00. Bosniya və Herseqovina - Monteneqro
Saat 16:00 Azərbaycan - Makedoniya

20 iyun

Saat 11:00. Makedoniya - Bosniya və Herseqovina
Saat 11:00. Monteneqro - Azərbaycan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31