“Yuventus”un futbolçusu “Atletiko”nun hədəfində

İspaniyanın "Atletiko" klubu  "Yuventus"un futbolçusu Arturo Vidalı heyətinə qatmaq istəyir. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  Madrid klubunun baş məşqçisi Dieqo Simeone çilili oyunçunu komandasında görməyə israrlıdır.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 40 milyon avrodur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31