DÇ-2014: Almanlar, Kapello və del Boske

İyulun 12-də Braziliyada başlanacaq dünya çempionatında ən çox məşqçi ilə təmsil olunan ölkə Almaniya olacaq.

Qol.Az-ın məlumatına görə, "DÇ-2014"də mübarizə aparacaq 32 komandadan dördünü almaniyalı mütəxəssis çalışdırır. Bunlar Yoahim Löv (Almaniya), Yurgen Klinsmann (ABŞ), Folker Finke (Kamerun) və Ottmar Hitsfeldir (İsveçrə).

Argentina, Kolumbiya, Portuqaliya və İtaliyadan isə üç çalışdırıcı dünya çempionatında olacaq. Fransa və Bosniya və Hersoqovina iki, digər yığmalar isə bir baş məşqçi ilə bu turnirdə təmsil olunacaq.

"DÇ-2014"ün ən gənc məşqçisi

Dünya çempionatında 32 komandanı çalışdıran baş məşqçilər içərisində ən gənci 43 yaşlı Niko Kovaçdır (Xorvatiya millisi).

"DÇ-2014"ün ən yaşlı baş məşqçisi

Fabio Kapello, 68 yaş, Rusiya millisi

17 yerli, 15 əcnəbi

Dünya çempionatına qatılan 32 ölkədən 17-i yerli, 15-ni isə əcnəbi mütəxəssislər çalışdırır. Braziliya, Xorvatiya, Meksika, İspaniya, Hollandiya, Almaniya Avstraliya, İngiltərə, İtaliya, Fransa, Argentina, Bosniya və Hersoqovina, Nigeriya, Portuqaliya, Qana, Belçika və Cənubi Koreya yerli məşqçilərə güvənən komandalardır.

Yalnız Visente del Boske

"DÇ-2014"də iştirak edəcək 32 baş məşqçidən ancaq İspaniya millisinin çalışdırıcısı Visente del Boske məşqçi kimi dünya kubokunu qazanıb. Onun komandası "DÇ-2010"u birinci pillədə tamalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31