FIFA dünya çempionatının gəlirlərini 4,5 milyard dollar həcmində qiymətləndirib
6 İyun 2014 13:43 İdmanFIFA baş katibi Jerom Valke qeyd edib ki, təşkilatın 2014-cü ildə Braziliyada dünya çempionatının keçirilməsindən gəlirləri təxminən 4,5 milyard dollar təşkil etməlidir. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" agentliyi "Le Matin"ə istinadən xəbər yayıb.
Turnirə hazırlıq xərcləri iki milyard həcmində qiymətləndirilir. Onun sözlərinə görə, bu məbləğin təxminən yarısı bilavasitə Brazilyada infrastrukturun inkişafına qoyulacaq.
Braziliya və Xorvatiya arasında dünya çempionatının açılış matçı iyunun 12-də baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31