Samir Nəsri "Mançester Siti" ilə müqavilə yenilədi
6 İyun 2014 11:55 İdman"Mançester Siti" klubunun yarımmüdafiəçisi Samir Nəsri komandası ilə müqavilə yeniləyib. Qol.Az-ın "L'Equipe"yə istinadən verdiyi məlumata görə, fransız futbolçu Mançester təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. Braziliyada təşkil olunacaq dünya çempionatından kənarda qalan Nəsri 2019-cu ilə qədər "Mançester Siti"nin şərəfini qoruyacaq.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2011-ci ildə "Arsenal"dan "Mançster Siti"yə transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31