“Xəzər Lənkəran”ın baş məşqçisi bəlli oldu
5 İyun 2014 19:45 İdman"Xəzər Lənkəran"ın baş məşqçisi bəlli olub. Apasport.az saytının xəbərinə görə, bu posta Oğuz Çətin təyin edilib. Ötən ilin dekabrından etibarən həmyerlisi Mustafa Dənizlinin köməkçisi vəzifəsində çalışan türkiyəli mütəxəssis çempionatın son 4 turunun oyunlarına komandanı baş məşqçi əvəzi qismində çıxarmışdı. "Fənərbaxça", "Ərciyəsspor", "Gənclərbirliyi" və "Diyarbakirspor" klublarını çalışdırmış Oğuz Çətin 5 il müddətində Türkiyə millisinin məşqçilər korpusunda yer alıb.
"Xəzər Lənkəran"a gəlişindən öncə işlədiyi son klub "Boluspor" olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31