Fabio Koentrao daha 5 il "Real"da
5 İyun 2014 19:50 İdman" (Madrid) klubunun müdafiəçisi Fabio Koentrao komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə son qoyub. Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu Madrid klubu ilə müqaviləsini yeniləyib. 26 yaşlı futbolçu "Real"la 5 illik müqavilə imzalayıb. Portuqaliya millisinin üzvü qarşıdakı hər ilinə 4 milyon avro qazanacaq.
Qeyd edək ki, Koentrao ilə "Yuventus", "Milan" və "Mançester Yunayted" klubları yaxından maraqlansa da, futbolçu "Real"da qalmağa üstünlük verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31