Olimpiada-2012: Azərbaycan idmançısından gözlənilməz final!

Azərbaycan atleti Hayle İbrahimov 2012-ci il London Yay Olimpiya Oyunlarında möhtəşəm nailiyyətə imza atıb.22 yaşlı idmançı kişilər arasında 5000 metr məsafəyə qaçışda finala yüksəlib.Seçmə mərhələdə İbrahimov finişə 13 dəqiqə 25,23 saniyəyə çatıb. Öz yarımqrupunda birinci yeri tutan atletimiz ən yaxın izləyicisi Məhəmməd Fərəhi (Böyük Britaniya) 0,36 saniyə geridə qoyub. Qaçışın son bölümünədək liderlər qrupunda gedən efiopiyalı legioner tədricən bütün rəqiblərindən irəli çıxıb.Qeyd edək ki, final avqustun 11-də keçiriləcək.Lent.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31