Pike: "İspaniya millisini favorit görmürəm"

İspaniya millisinin müdafiəçisi Jerar Pike Braziliyada təşkil olunacaq dünya çempionatında favorit gördüyü komandaların adlarını açıqlayıb. 

Qol.Az-ın məlumatına görə, "L'Equipe"yə danışan təcrübəli futbolçu Braziliya, Almaniya və Argentinanın mundialın favoritləri olduğunu bildirib:

"İspaniyanı favorit kimi görmürəm. Dünya çempionluğu uğrunda Braziliya, Argentina və Almaniya yığmalarının mübarizə aparacağını düşünürəm. Ancaq dünya çempionatında hər şey ola bilər. Ümid edirəm ki, İspaniya millisinə də hörmətlə yanaşacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31