Premyer Liqanın növbəti mövsümünün başlama tarixi açıqlandı
5 İyun 2014 20:05 İdmanAzərbaycan Premyer Liqasının 2014/2015-ci il mövsümünün başlama tarixləri açıqlanıb.
Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, sayca 23-cü Azərbaycan çempionatının ilk turu 9-10 avqust 2014-cü il tarixlərində start götürəcək.
Bundan başqa, 2014/2015-ci il mövsümü üçün yay və qış transfer dövrləri açıqlanıb.
Yay transfer dövrü: 10 iyun 2014 - 1 sentyabr 2014
Qış transfer dövrü: 5 yanvar 2015 - 2 fevral 2015
Premyer Liqa və I Divizion təmsilçiləri göstərilən dövrlər ərzində heyətlərinə cəlb etdikləri oyunçuları Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31