Runi: "Millidə istənilən mövqedə oynamağa hazıram"
5 İyun 2014 20:53 İdmanİngiltərə millisinin hücumçusu Ueyn Runi yığmada istənilən mövqedə oynamağa hazır olduğunu deyib. Qol.Az-ın məlumatına görə, "Daily Mail"ə danışan ingilis futbolçu millidə hansı mövqedə oynamasının onun üçün önəmli olmadığını bildirib: "Yığma komandada oynamaq xoşuma gəlir. Solda, sağda, cinahda və ya hücumun sivri ucunda oynaya bilərəm. Ümumiyyətlə millidə hansı mövqedə oynamağımın mənim üçün elə bir önəmi yoxdur. Daha öncə də demişəm, İngiltərə yığmasında oynamağımla hər zaman fəxr edəcəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31