Arda Bekhemdən nümunə götürür

Tanınmış futbolçu Arda Turan "Kanaltürk"ün qonağı olub. Publika.az xəbər verir ki, o, maraqlı açıqlamaları ilə diqqət çəkib:

"Ayrılmaq öz istəyim idi.  "Qalatasaray"da kapitanlığa uşağa baxmaq kimi qəbul edirdilər. Türkiyədə ilk problem təhsil, ikincisi də mətbuatdır. Məşqlər arasında çox  fərq yoxdur. "Qalatasaray"da da yaxşı məşqçilərlə çalışdım. O zaman getməkdə doğru etdiyimi düşünürəm".

Bu yaxınlarda verdiyi bir müsahibə haqqında danışan Arda ispan mətbuatı ilə münasibətlərinin yaxşı olduğunu bildirib: "İspaniyada maqazin mətbuatı ilə aram çox yaxşıdır. Qadınlar məni bəyənmirlər, mən də yaraşıqlı bir adam deyiləm. Amma qadınlar bəzi xüsusi məqamlar axtararlar və o xüsusi məqamlar məndə mövcuddur". Daha sonra geyimi ilə diqqət çəkən futbolçu paltar seçimini Bekhem və onun kimi məşhurlara baxaraq etdiyini bildirib: "Geyimlərimi isə Bekhem və digər futbolçulardan nümunə götürərərk seçirəm". Arda keçmiş komandası "Qalatasaray"ın dincəlmək, kef etmək üçün seçiləcək yer olmadığını bildirib: ""Qalatasaray" hədəflərini başa vurduqdan  sonra kef etmək üçün gediləcək yer deyil. "Qalatasaray"a gəldiyim vaxt hər şeyimi verərəm. "Qalatasaray" bizim yuvamızdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31