İvaylo Petev: "Qəbələ"dən təklif almamışam"
5 İyun 2014 13:33 İdman"AEL klubu ilə müqaviləm var. Komanda ilə bağlı planlarımı rəhbərliyə təqdim edəcəm. Yaxın günlərdə bütün məsələlərə aydınlıq gələcək. Əgər razılıq əldə olunsa, işbirliyimizi davam etdirəcəyik. Əks təqdirdə nələr olacağını görəcəksiniz". "Qəbələ" klubuna baş məşqçi təyin olunacağı gözlənilən İvaylo Petev Bolqarıstan mətbuatına açıqlamasında deyib. 38 yaşlı mütəxəssis "Botev" klubundan təklif aldığını, ancaq "Qəbələ" ilə danışıqlarının olmadığını bildirib: "Botev" klubundan təklif almışam. Lakin Azərbaycan klubu ilə bağlı xəbərlər doğru deyil. Bu xəbərlərin haradan çıxdığını bilmirəm".
Qeyd edək ki, "Qəbələ" rəhbərliyi Petevlə razılığa gəldikləri və yaxın günlərdə onunla iki illik müqavilə imzalayacaqlarını bildiriblər. Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31