Sxadadze İsveçrədə oyuna çıxdı
4 İyun 2014 16:48 İdmanGürcüstan millisi növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, gürcülər İsveçrənin Meren bölgəsində Birləşmiş Ərəb Əmirlikləri ilə gücünü sınayıb. Habib Fardanın 74-cü dəqiqədə vurduğu qol BƏƏ-yə qələbə qazandırıb. Baş məşqçi Temuri Ketsbaya "İnter"in hücumçusu Baçana Sxadadzeni 87-ci dəqiqədə meydana buraxıb. O, "Dnepr"in yarımmüdafiəçisi Caba Kankavanı əvəzləyib və bununla da millidə 2-ci oyununa çıxıb. "İnter"in mərkəz müdafiəçisi Laşa Salukvadze isə ehtiyatda qalıb.
Qeyd edək ki, Gürcüstan millisi mayın 29-da İspaniyanın Xeres-de-la-Frontera şəhərində keçirilən görüşdə Səudiyyə Ərəbistanı ilə qarşılaşmışdı. Gürcülərin 2:0 hesabı ilə qalib gəldiyi matçda Salukvadze oynamış, Sxadadze ehtiyatda qalmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31