"Atletiko"dan ikinci transfer

"Atletiko" yeni mövsüm üçün ikinci transferini edib.  Madrid təmsilçisi "Hetafe"nin qapıçısı Miqel Anxel Moyanı heyətinə qatıb. 30 yaşlı qolkiper tibbi müayinədən keçdikdən sonra onunla  rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, "Atletiko"da icarə əsasında oynayan Tibo Kurtuanın müqavilə ilə məxsus olduğu "Çelsi"yə getmək şansları olduğu üçün Madrid klubu heyətinə M.A.Mayanı cəlb edib. Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31