Eden Hazard qərarını verdi
4 İyun 2014 14:48 İdmanPSJ-nin maraq dairəsində olan Eden Hazard "Çelsi"dən ayrılmayacaq. Klubun rəsmi saytına danışan belçikalı yarımmüdafiəçi yeni mövsümdə də London təmsilçisində oynayacağını deyib. Hazard növbəti mövsümdən "Çelsi"də 10 nömrəli forma geyəcəyini bildirib. "Çelsi"də 10 nömrəli forma geyəcəyimdən məmnunam. Uşaqlıqda idealım olan Zinəddin Zidan da 10 nömrəli forma geyib. Ümid edirəm ki, bu forma mənə şans gətirəcək".
Qeyd edək ki, E.Hazard "Çelsi"də 17 nömrəli forma geyirdi. Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31