Abdullah Avcının yeni komandası müəyyənləşdi
4 İyun 2014 14:45 İdmanTürkiyə millisinin sabiq baş məşqçisi Abdullah Avcının yeni komandası müəyyənləşib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis yeni mövsümdə Türkiyə Superliqasında mübarizə aparacaq "İstanbul BB"nı çalışdıracaq. 50 yaşlı mütəxəssis sabah rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, A.Avcı 2006-2011-ci illərdə də "İstanbul BB"də baş məşqçilik edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31