Əfran İsmayılov: "Pantiçin qərarını gözləyirəm"

"Klubun qərarını gözləyirəm. Get desələr, gedəcəm, komandada qalmağımı istəsələr, yenidən "Bakı"nın uğurları üçün çalışacam". Bu sözləri "Bakı" klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib. Klubu ilə bir illik müqaviləsi olan yarımmüdafiəçi bir müddət əvvəl "Bakı"dan ayrıla biləcəyini söyləsə də, hazırda baş məşqçi Milinko Pantiçin qərarını gözlədiyini bildirib: "İyun ayının 25-də yay hazırlığımız başlayacaq. O vaxta qədər klubdakı problemlərin aradan qalxacağını deyiblər. Klub prezidenti özü də bildirib ki, maliyyə məsələləri qaydasına düşəcək. Ona görə də hələlik baş məşqçimizin qərarını gözləyirəm. Pantiçin qərarı mənim üçün önəmlidir. Klubumla  müqaviləm olduğu üçün gələn təklifləri dəyərləndirə bilmirəm. "Bakı"nın mənim üzərimdə əməyi böyükdür". Xatırladaq ki, Ə.İsmayılov ötən il "Qarabağ"dan "Bakı"ya transfer olunub. Qol.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31