İlkay Gündoğan: "Barselona" mənimlə yaxından maraqlanır"
4 İyun 2014 14:34 İdman"Borussiya"nın oyunçusu İlkay Gündoğan gələcək futbolçu karyerası ilə bağlı önəmli açıqlama verib. Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi "Barselona"nın onunla yaxından maraqlandığını deyib: "Düzdür, indiyə kimi heç bir klubla transferlər bağlı danışığım olmayıb. Ancaq onu deyə bilərəm ki, Avropanın bir çox nəhəng klubu mənimlə maraqlanır. Çoxları "Barselona"ya keçməyimin daha düzgün olacağını düşünür. Əgər yaxşı formada olsam, böyük klublarda oynaya bilərəm".
Qeyd edək ki, İ.Gündoğanın "Borussiya" ilə müqaviləsi 2016-ci ildə başa çatır. Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31