Mourinyo: "İtaliya mundialda uğur qazana bilər"
4 İyun 2014 14:32 İdman"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo İtaliya yığmasının dünya çempionatında şanslarını dəyərləndirib."Yahoo Sport"a danışan portuqaliyalı mütəxəssis Çezare Prandellinin komandasının mundialda uğur qazanacağına inandığını bildirib: "İtaliya dünya çempionatında uğur qazana bilər. Buna inanıram. Düzdür, onlar çətin qrupa düşüblər. Lakin İtaliya millisi istedadlı və təcrübəli futbolçulardan təşkil olunub. Əgər Çezare Prandellinin komandası qrup mərhələsini keçsə, o zaman bu yığma daha çox irəliləyəcək. Çünki onlar pley-off mərhələlərinə yaxşı hazırlaşıblar".
Qeyd edək ki, İtaliya millisi D qrupunda İngiltərə, Uruqvay və Kosta Rika yığmaları ilə mübarizə aparacaq. Qol.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31