"Qalatasaray"ın futbolçusu "İnter"in hədəfində
4 İyun 2014 13:15 İdman"Qalatasaray" klubunun müdafiəçisi Semih Kaya İtaliyadan təklif alıb. "Forza İtalian Football"un verdiyi məlumata görə, "İnter" klubu türkiyəli futbolçunun xidmətində maraqlıdır. Milan təmsilçisi 23 yaşlı futbolçunun transferi üçün 6 milyon avro ödəməyə hazırdır. Lakin "Cim Bom" Semih üçün 12 milyon avro təzminat tələb edir. "Qalatasaray" rəhbərliyi Semih üçün 10 milyon avrodan aşağı məbləğlə razılaşmayacaqlarını bildirib.
Qeyd edək ki, Semih Kaya cari mövsüm "Qalatasaray"ın heyətində 41 oyunda forma geyinib. Qol.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31