PSJ "Çelsi"nin daha bir futbolçusunu istəyir
3 İyun 2014 20:17 İdmanFransanın PSJ klubu "Çelsi"nin daha bir futbolçusunu transfer etməyi planlaşdırır. Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, Paris təmsilçisi "Çelsi"nin müdafiəçisi Branislav İvanoviçlə yaxından maraqlanır.
Fransa klubu serbiyalı futbolçunun transferi üçün qarşı tərəfə 15 milyon funt təklif edib. Lakin London təmsilçisi hələlik bu təklifə münasibət bildirməyib. "Çelsi"nin baş məşqçisi Joze Mourinyo da İvanoviçi komandada saxlamaq istəyir.
Qeyd edək ki, PSJ daha öncə "Çelsi"dən David Luizi transfer edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31