Dünya Çempionatına hazırlaşan fahişələr
Braziliyada fahişələr üçün xüsusi şəraitlər yaradılıb
3 İyun 2014 17:35 İdmanBraziliyada keçiriləcək 2014 Futbol üzrə Dünya Çempionatının başlanmasın sayılı günlər qalıb. Çempionatı canlı izləmək üçün Braziliyaya dünyanın 4 bir yanından insanlar axışır. İngiltərənin tanınmış qəzeti olan "İndependent" yazır ki, turistlərin çoxu Belo Horizonte şəhərinə gələn turistlərlə birlikdə, burada hazırda 5 milyon insan yaşayır. Bu da şəhərdə ən çox fahişələrə gəlir gətirir. Bu səbəbdən burada fahişələrin sayı durmadan artır.
İş o yerə çatıb ki, burada fahişəliklə məşğul olan qadınlara sərbəstlik də verilib. Onlar hətta öz xidmətlərini açıq şəkildə reklam edirlər. Bu şəhər 23 böyük fahişəxana da tikilib. Burada fahişə qadınlar üçün xarici dilləri öyrədən kurslar da təşkil olunub.
Şəhər aeroportu yaxınlığında tikilən nəhəng hotelin üstündə isə xüsusi cəlbedici işarələrlə fahişə xidmətlərinin göstəridiyi bildirilir. Burada müştərilərin rahatlığını təmin etmək üçün hər bir şərait yaradılıb. Hətta müştərilərə xüsusi limuzin avtomobillər də xidmət göstərir. ans