Falkao: "Sonadək mübarizə apardım"

Zədə səbəbindən Braziliyada təşkil olunacaq dünya çempionatından kənarda qalan Kolumbiya millisinin hücumçusu Radamel Falkao komanda yoldaşlarına uğurlar arzulayıb. Qol.Az-ın məlumatına görə, "Al Dia"ya danışan Falkao komandasını tribunadan dəstəkləyəcəyini bildirib:

"Komandamı tribunadan dəstəkləyəcəm. Biz dünya çempionatında yaxşı çıxış etməliyik".

Təcrübəli futbolçu "tvitter" səhifəsində bunları yazıb: "Hazırki vəziyyətimə ancaq gülə bilərəm. Dünya çempionatına getmək üçün sonadək mübarizə apardım".

Qeyd edək ki, yanvar ayında "Monako"nun heyətində zədələnən futbolçu uzun müddət müalicə kursu alsa da, dünya çempionatına yetişə bilməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31