UEFA ÇL-in ən yaxşı 18 futbolçusunun adını açıqladı
3 İyun 2014 20:38 İdmanUEFA 2013/2014 mövsümün ən yaxşı 18 futbolçusunu müəyyənləşdirib.
Qol.Az-ın qrumun saytına istinadən verdiyi məlumata görə, rəmzi komandada 2 qapıçı, 5 müdafiəçi, 6 yarımmüdafiəçi və 5 hücumçu yer alıb. ÇL-in son finalçıları "Real"dan 7, "Atletiko"dan isə 4 futbolçu ən yaxşılar sırasına daxil olub.
Qapıçılar: Tibo Kurtua ("Atletiko"), Manuel Noyer ("Bavariya")
Müdafiəçilər: Dieqo Qodin ("Atletiko"), Flipp Lam ("Bavariya"), Daniel Karvaxal, Pepe, Serxio Ramos (hər üçü "Real"),
Yarımmüdafiəçilər: Qabi ("Atletiko"), Andres İnyesta ("Barselona"), Toni Kroos ("Bavariya"), Anxel di Mariya, Luka Modriç, Xabi Alonso (hər üçü "Real")
Hücumçular: Marko Roys ("Borussiya"), Dieqo Kosta ("Atletiko"), Aryen Robben ("Bavariya"), Zlatan İbrahimoviç (PSJ), Kriştiano Ronaldo ("Real)