Vobay “Neftçi”yə qayıtdı

Başqa klublarda icarə əsasında çıxış edən futbolçulardan daha biri "Neftçi"yə qayıdıb. Bu barədə  komandanın baş məşqçisi Böyükağa Hacıyev məlumat verib. O bildirib ki, ötən mövsümü Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şaab" klubunda keçirən Julius Vobay növbəti mövsüm "ağ-qaralar"ın heyətində olacaq. Syerra-leoneli sağ cinah futbolçusu ötən mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində "Skenderbeu" ilə oyunlardakı uğursuzluqdan sonra ərəb klubuna icarəyə verilmişdi. O, "Əl-Şaab"da 12 oyuna 1 qol vurub.

Qeyd edək ki, "Neftçi" daha 2 icarədə olan futbolçusunu geri qaytarıb. Bunlar ötən mövsüm "Simurq"da çıxış edən Nicat Qurbanov və "Araz Naxçıvan"ın qapısını qorumuş Emil Balayevdir. Apasport.az

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31