"Mançester Siti" Aqueronu satmayacaq
3 İyun 2014 14:30 İdman"Mançester Siti" son zamanlar adı "Barselona" ilə hallanan futbolçusu Serxio Aqüeronu satıb-satmayacağıyla bağlı qərarını verib. "Mirror" qəzetinin verdiyi xəbərə görə, son İngiltərə çempionu argentinalı hücumçunu komandada saxlayacaq. Yeni mövsümdə də çempionluq uğrunda yarışacaq "Mançester Siti" S.Aquero kimi oyunçunun komandadan ayrılmasını istəmir. Qeyd edək ki, S.Aquero "Mançester Siti" üç il ərzində oynadığı 122 matçda 75 qol vurub. Qol.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31