Maurinyodan dünya çempionatı ilə bağlı ŞOK PROQNOZLAR

İngiltərənin "Çelsi" futbol klubunun portuqaliyalı baş məşqçisi Joze Maurinyo Braziliyada keçiriləcək dünya çempionatı ilə bağlı şok proqnozlar verib. Maurinyo çempionatda Rusiya milli komandasının ilk "play-off"a çıxan ölkə olacağını və 1/8 final oyununda Portuqaliya ilə qarşılaşacağını deyib. "La Derniere Heure"ə müsahibə verən məşqçi Rusiyadan sonra Belçikanın qrup mərhələsində ikinci sırada yer alacağını deyib: "1/8 finalda Belçika isə Almaniya ilə qarşılaşacaq. "G" qrupunda bütün komandalar xal qazanacaq. Digər matçlarda ilk mərhələ "play-off"da Braziliya-Hollandiya, İspaniya-Meksika, Fil Dişi Sahili-İngiltərə, İtaliya-Yunanıstan, Fransa-Nigeriya və Argentina-İsveçrə qarşılaşmaları baş tutacaq". ("OLAYLAR"İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31