FİFA prezidenti "Qarabağ"ı təbrik etdi

FİFA-nın prezidenti Yozef Blatter AFFA-nın prezidenti Rövnəq Abdullayevə  məktub ünvanlayıb. AFFA-nın verdiyi xəbərə görə,  ali futbol qurumunun rəhbəri "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2013/2014-cü il mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib. Blatter həmçinin, komandamıza Çempionlar Liqasında  uğurlar arzulayıb. Qol.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31