İlkay Gündoğan: "Əsas hədəfim..."

"Borussiya"nın zədəli  futbolçusu İlkay Gündoğan son durumu ilə bağlı açıqlama verib. Qol.Az-ın məlumatına görə, "Kicker"ə danışan türk əsilli almaniyalı yarımmüdafiəçi özünü yaxşı hiss etdiyini bildirib:  "Ağrılarım azaldığı vaxtlar çoxlu məşq edirəm. Zədəm tam sağaldıqdan sonra topla məşqlərə başlayacam. Əvvəl məşqlər zamanı oturmaqda belə çətinlik çəkirdim. İndi isə çox yaxşıyam". İ.Gündoğan deyib ki, hazırda əsas hədəfi Dortmund təmsilçinin yeni mövsümdəki ilk matçında meydan olmaqdır. "DÇ-2014"ə oynamayacağı üçün təəssüfləndiyini də vurğulayan 23 yaşlı yarımmüdafiəçi qeyd edib : "Dünya çempionatında iştirak etməyi çox istəyirdim. Ancaq zədələnməsəm, növbəti iki dünya çempionatında oynaya bilərəm". 

Xatırladaq ki, Almaniya millisinin futbolçusu İ.Gündoğan ötən ilin avqust ayında Paraqvayla yoldaşlıq matçında zədələnib. O, həmin vaxtdan indiyə kimi yaşıl meydanlardan uzaqda qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31