Aleksandr Kolarov "Bavariya"nın hədəfində

"Mançester Siti"nin müdafiəçisi Aleksandr Kolarov daha bir klubun transfer hədəfinə düşüb. Qol.Az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, serbiyalı futbolçu ilə "Bavariya" klubu yaxından maraqlanır. Artıq Münhen təmsilçisi futbolçunun meneceri ilə danışıqlara başlayıb. Lakin Kolarovun Mançesterdə qalmaq istədiyi bildirilir. 

Qeyd edək ki, Kolarovla maraqlanan komandalar sırasında Türkiyənin "Qalatasaray" klubu da var. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31