Fabreqas yenidən İngiltərəyə qayıdır

"Barselona" klubunun yarımmüdafiəçisi Sesk Fabreqas komandadan gedəcəyini açıqlayıb. Qol.Az-ın El Mundo Deportivo"ya istinadən verdiyi xəbərə görə, ispaniyalı futbolçu bu istəyini rəhbərliyə də deyib. 

27 yaşlı futbolçunun yeni mövsümdən İngiltərə Premyer Liqasında oynamaq istədiyi bildirilir. "Arsenal"ın sabiq futbolçusunun "Mançester Siti" ilə danışıqlar apardığı iddia olunur. Lakin "Mançester Siti" bu transfer üçün 40 milyon avro təzminat ödəməli olacaq. Kataloniya təmsilçisi məhz bu məbləğ qarşılığında Fabreqası buraxacağını açıqlayıb.

Qeyd edək ki, ötən mövsüm 36 oyun keçirən təcrübəli futbolçu 8 qol vurub və 19 məhsuldar ötürmə verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31