Fernando Torres "İnter"in təklifini rədd etdi
2 İyun 2014 18:02 İdman"Çelsi" klubunun hücumçusu Fernando Torres komandadan ayrılmayacaq. Qol.Az-ın ESPN-ə istinadən verdiyi məlumata görə, bu barədə futbolçunun özü açıqlamasında deyib. İspaniyalı futbolçu İtaliya "İnter"indən gələn təklifi də geri rədd edib. Torres yeni mövsümdə də "Çelsi"nin şərəfini qoruyacağını bildirib.
Qeyd edək ki, 2011-ci ildə "Liverpul"dan "Çelsi"yə transfer olunan Torres keçirdiyi 110 oyunda 20 qola imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31