"İnter" Türkiyədə ilk məşqinə çıxdı

Avropa Liqasına hazırlıq məqsədilə Türkiyənin İzmit şəhərində təlim-məşq toplanışı keçən "İnter" klubu bu səhər ilk məşqinə çıxıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk məşqin birinci hissəsini futbolçular trenajor zalında keçiriblər. Daha sonra oyunçular meydana çıxıblar. İsinmə hərkətləri və qaçışdan ibarət məşq təxminən 1 saat davam edib. Qeyd edək ki, "İnter"in Türkiyədə gündə iki dəfə məşq etməsi planlaşdırılır. Bu gün komanda axşam məşqinə çıxacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31