Montolivo altı aylıq sıradan çıxıb

İtaliya millisinin və "Milan"ın yarımmüdafiəçisi Rikardo Montolivonun zədəsi cidddir. Qol.Az-ın "Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, İrlandiya ilə yoldaşlıq görüşündə (0:0) baldırından zədə alan 29 yaşlı futbolçunun 6 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Dekabr ayına qədər futbol oynamayacağı iddia olunan Montolivo qarşıdakı dünya çempionatında İtaliya yığmasına kömək edə bilməyəcək. Qeyd edək ki, daha öncə futbolçunun sentyabr ayında yaşıl meydanalara qayıdacağlı deyilsə də, bu müddətin ilin sonuna qədər uzanacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31