“Bu, Avropa Oyunlarına ölkəmizin hazır olduğunu göstərdi”

"Atletika üzrə belə mötəbər turnirin Bakıda keçirilməsi çox sevindirici haldır. Bu həm də Avropa Oyunlarına ölkəmizin hazır olduğunu göstərdi".  Bunu Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanan atlet Nazim Babayev deyib. Bakıda keçirilən Avropa Təsnifat Turnirini qızıl medalla başa vuran idmançımız qələbəsini şərh edib: "Qızıl medal qazanmaq istəyirdim. Sevinirəm ki, arzuma çatdım. İki cəhddə istədiyim alınmadı. Sonradan toparlanaraq ən yüksək nəticəni göstərdim. Deməzdim ki, arxayınlıq oldu. Sadəcə fikrimi cəmləşdirməkdə çətinlik çəkdim. Doğma Azərbaycanda bayrağımızı yüksəltmək və himnimizi səsləndirmək çox şərəfli idi. Növbəti hədəfim Çində keçiriləcək olimpiadadır. Yeniyetmələrin olimpiadasında ilk dəfə iştirak edəcəm. Buna görə də orada da medal qazanmaq istəyirəm". Qeyd edək ki, Azərbaycan atletləri Bakıda keçirilən Avropa Təsnifat Turnirində 1 qızıl, 1 gümüş qazanmaqla komanda hesabında 11-ci yeri tutub. Ümumilikdə idmançılarımız 3 lisenziya əldə edib.  Apasport.az

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31