Darmadağınla çempion

Monteneqro çempionunun adı məlum olub. "Sutyeska" klubu ardıcıl 2-ci dəfə ölkəsinin ən yaxşısı olub. Nikşiç təmsilçisi buna son turda nail olub. "Deçiç"i 4:0 hesabı ilə məğlub edən çempion xal hesabını 63-ə çatdırıb. Onların ən yaxın izləyicisi "Lovçen" isə "Moqren"ə 1:2 hesabı ilə uduzub və xal hesabı 59-da qalıb.

Qeyd edək ki, "Sutyeska" Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb.  Apasport.az
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31