Yığmamızın pley-offda rəqibi bilindi
2 İyun 2014 12:34 İdmanQadın voleybolçular arasında Avro-2015-in plef-off mərhələsində mübarizəni davam etdirəcək cütlükləri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, D qrupunda ikinci yeri tutan Azərbaycan millisi final mərhələsinə yüksəlmək üçün Slovakiya yığması ilə üz-üzə gələcək. F qrupunda gücünü sınayan rəqib Rumıniya voleybolçuları istisna olmaqla, Avstriya və Bosniya və Herseqovina komandalarını hər 2 görüşdə məğlub edib. Faiq Qarayevin yetirmələri slovakiyalılarla ilk görüşü 2015-ci il mayın 22-24-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.
Pley-off cütləri
Fransa - Sloveniya
Azərbaycan - Slovakiya
Ukrayna - Belarus
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31