Lempard 6 ay "Mançester Siti"də oynaya bilər
2 İyun 2014 11:58 İdman"Mançester Siti" klubu "Çelsi"nin yarımmüdafiəçisi Frank Lempardı 6 aylığına transfer etməyi planlaşdırır. Qol.Az-ın "Daily Mirror"a istinadən verdiyi məlumata görə, ingilis futbolçu Amerikanın "Nyu-York Siti" klubu ilə anlaşıb. Lakin ABŞ-da çempionat gələn ilin mart ayında başlayacağından "Mançester Siti" bu müddət ərzində Lempardın xidmətindən yararlanmaq niyyətindədir. 35 yaşlı futbolçu razılıq verəcəyi təqdirdə futbolçu yeni mövsümdən "Mançester Siti"nin heyətində çıxış edəcək.
Qeyd edək ki, "Atletiko" (Madrid) klubunun hücumçusu David Vilya da karyerasını ABŞ liqasında davam etdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31