“DÇ-2014”: Kosta-Rika millisi bombardiri itirdi
30 May 2014 20:37 İdmanKosta-Rika millisinin futbolçusu Alvaro Saborio gələn ay başlanacaq dünya çempionatında iştirak edə bilməyəcək. Qol.Az-ın eurosport.com-a istinadən verdiyi məlumata görə, 32 yaşlı hücumçu məşq zamanı zədələnib. Onun adının "DÇ-2014" üçün genişləndirilimiş heyətdən çıxarıldığı bildirilib. Yığmanın baş məşqçisi Xorxe Luis Pinto təcrübəli hücumçunun 3-4 ay yaşıl meydanlardan uzaqda qalacağını açıqlayıb.
Qeyd edək ki, indiyə kimi Kosta-Rika millisində 93 matçda oynayan A.Saborio 32 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31