Arda Turan millidən çıxarıldı
30 May 2014 20:52 İdmanArda Turanın adı Türkiyə millisinin yoldaşlıq oyunları üçün genişləndirilmiş heyətindən çıxarılıb. Qol.Az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasında "Real"la matçda zədə səbəbindən oynaya bilməyən yarımmüdafiəçi yığmanın baş məşqçisi Fatih Terimlə görüşüb. Görüş zamanı A.Turanın ağır bir mövsümü geridə qoyduğu nəzərə alınaraq adının heyətdən çıxarılmasına qərar verilib.
Qeyd edək ki, A.Turan La Liqanın sonuncu turunda "Barselona" ilə matçda (1:1) zədələnmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31