“Rubin”in Ruslan Abışov planı
29 May 2014 20:56 İdmanAzərbaycan millisinin futbolçusu Ruslan Abışovun karyerası müzakirə mövzusuna çevrilib. Apasport.az saytının məlumatına görə, Rusiya mətbuatı "Rubin"in müdafiəçi ilə bağlı planlarını açıqlayıb. Kazan təmsilçisinin indiki heyətin üzvləri ilə bağlı atacağı addımları öyrənən həmkarlarımız Ruslana da biganə qalmayıb. Belə ki, "Rubin"ə lazım olmayan, lakin müqavilə ilə kazanlılara məxsus Abışovla bağlı da planlar var.
Kazan klubu futbolçumuzu başqa komandada işlə təmin etmək istəyir. Onun ya transfer edilməsi, ya da icarəyə verilməsi nəzərdə tutulub. Bu istiqamətdə cəhdlər uğurlu alınmasa, müdafiəçi müqaviləsi başa çatanadək Tatarıstanda qalacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31