Ronaldo: "Mən sözümə əməl etdim, indi sənin növbəndir"

Cari mövsüm Çempionlar Liqasını qazanan "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo üçün bu kubok mühüm əhəmiyyət daşıyıb. Qol.Az-ın "eurosport.com"a istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu "Atletiko" (Madrid) klubu ilə final matçından öncə içki düşkünü olan qardaşı Hüqo Alveyrodan bu vərdişindən əl çəkməsini istəyib. Ronaldo Çempionlar Liqasını qazanacağı təqdirdə qardaşından içkini atacağına dair söz verməsini tələb edib. Həmin oyunda son qolun müəllifi olan Ronaldo matçın final fitindən sonra tribunada əyləşən qardaşı Alveyronun yanına gedib. İlk öncə formasını ona hədiyyə edən Ronaldo qardaşına "mən verdiyim sözə əməl etdim, indi sənin növbəndir" deyib. Qeyd edək ki, Çempionlar Liqasının finalında "Atletiko"nu 4:1 hesabı ilə məğlub edən "Real" tarixində 10-cu dəfə bu kuboka sahib çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31