Nuri Şahin: "Türkiyədə oynamaq istəyirəm"

"Borussiya"nın futbolçusu Nuri Şahin Türkiyədə oynamağa müsbət baxır. Qol.Az-ın məlumatına görə, "NTV Spor"a danışan türk yarımmüdafiəçi deyib ki, öz ölkəsindəki klublardan təklif alsa, dəyərləndirəcək: "Türkiyədə oynamağı çox istəyirəm. Bir türk olaraq öz ölkəmdə oynamaq çox yaxşıdır. Ancaq hələlik bununla bağlı təklif almamışam. Təklif göndərsələr, mütləq dəyərləndirəcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31